İlham Əliyev Putinə başsağlığı verib


16:00     22 Oktyabr 2019 prezident2.jpg

Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Zati-aliləri cənab Vladimir Putinə başsağlığı verib.


Femida.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli Vladimir Vladimiroviç.

Krasnodar diyarında insan tələfatı ilə nəticələnmiş faciə barədə xəbər məni dərindən kədərləndirdi.

Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına səmimi qəlbdən başsağlığı verir, zərərçəkənlərin tezliklə sağalmasını arzu edirəm".

Açar sözlər:

Oxunub: 2190