İki universitetdə işçilərin əmək haqları artırılıb


16:18     22 Oktyabr 2019 manat_1802158.jpg

Azərbaycan Texniki Universitetinin (AzTU) Elmi Şurasının növbədənkənar iclası keçirilib.


Ali təhsil müəssisəsindən Femida.az-a verilən məlumata görə, iclasda universitet həyatı üçün vacib məsələlər müzakirə edilib və mühüm qərarlar qəbul edilib.

AzTU-nun rektoru Vilayət Vəliyev bildirib ki, universitetin əməkdaşlarının sentyabrın 1-dən əmək haqları ortalama 12 faiz artırılır: "Ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrində təhsil alan hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı 30 faiz artırılıb".

“Əmək haqqının differensasiyası ilə bağlı tədbirlərin görülməsi haqqında” məlumat verən rektor qeyd edib ki, AzTU Differensial Əmək haqqı Sisteminin tətbiqində öz modelini yaratmaq niyyətindədir.

Elmi Şura əmək haqlarının differensasiyası sisteminin işləmə mexanizmi üzrə komissiyanın formalaşdırılması üçün İşçi qrupunun yaradılması barədə qərar qəbul edib.

Bundan başqa, Sumqayıt Dövlət Universitetinin əməkdaşlarının da əmək haqları növbəti dəfə artırılıb.

Sumqayıt Dövlət Universiteti bütün əməkdaşlarının əmək haqları orta hesabla 18,5 faiz artırılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 410