Mingəçevir su anbarı ov vasitələrindən təmizlənir


18:44     22 Oktyabr 2019 2019/10/fish_221019_02_1571746703.jpg

Mingəçevir su anbarının qadağan olunmuş ov vasitələrindən təmizlənməsinə başlanılıb.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, su hövzələrinin sintetik torlardan və qadağan olunmuş digər ov vasitələrindən təmizlənməsi məqsədilə növbəti tədbir Mingəçevir su anbarında tədbir keçirilib.

8 saylı Regional Ekologiya və Su Nəqliyyatında Polis idarələrinin əməkdaşları tərəfindən keçirilən reyd zamanı Mingəçevir su anbarının bir hissəsi balıqların ovlanması üçün qurulan qadağan olunmuş ov vasitələrindən və sintetik torlardan təmizlənib.

Mingəçevir su anbarında və digər su hövzələrində reydlər davam etdirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 164