Norveçdə silahlı şəxs təcili tibbi yardım maşınını insanların üzərinə sürüb


17:11     22 Oktyabr 2019 19_10_22_1571748153.jpg

Norveçin paytaxtı Osloda silahlı şəxs oğurladığı təcili tibbi yardım maşınını insanların üzərinə sürüb.


Femida.az -ın "Deutsche Welle"-yə istinadən verdiyi xəbərə görə, bu barədə Oslo polisi məlumat yayıb.

İnsident nəticəsində yaşlı cütlük, bir ana və onun iki övladı yaralanıb. Ana və övladları xəstəxanaya aparılıb.

Polis təcili tibbi yardım maşınına atəş açıb və silahlı şəxsi zərərsizləşdirib, onun vəziyyətinin normal olduğu bildirilir.

Polis sözçüsünün məlumatına görə, hadisənin qəsdən törədilib-törədilməməsi faktı araşdırılır.

Açar sözlər:

Oxunub: 462