"Rusiya Azərbaycan diasporunun fəaliyyətinə heç bir maneə törətmir" - Nazir Hətəmov


19:27     22 Oktyabr 2019 19_10_22_1571751399.jpg


"Bəli, bu ölkədə diasporumuz zamanında çox güclü idi, ancaq bugünkü gündə çox zəifdir. Bu zəiflik də ümumi diaspor rəhbərimizin olmamasından irəli gəlir".

Femida.az xəbər verir ki, bu sözləri Rusiyadakı Azərbaycan diasporunun nümayəndəsi Nazir Hətəmov yerli KİV-ə müsahibəsində deyib. O, bildirib ki, artıq Rusiyada yeni diaspor qurumlarının yaradılmasi mənasızdır:

"Biz azərbaycanlılar yetərincə özümüzü Rusiyada, lazımı səviyyədə, yaxşı mənada tanıtdıra, təbliğ edə bilmişik. Rusiya dövləti də Azərbaycan diasporunun fəaliyyətinə heç bir maneə törətmir. Biz Azərbaycan dövlətinin övladları olaraq Böyük Vətən müharibəsindən tutmuş, bu günə kimi Rusiyada Azərbaycanı və Azərbaycançılığı təbliğ edib, tanıtmışıq. Məncə artıq Rusiyada azərbaycanlılar tərəfindən siyasi partiyaların yaradılması daha əlverişlidir. Bu həm vətənimiz, həm də Rusiya Federasiyası üçün faydalı olardı. Belə bir partiyanın yaradılması nəticəsində biz bu ölkədə keçirilən bu və ya digər seçkilərdə azərbaycanlı olaraq Rusiyadakı vətəndaslarımıza səs verə bilərik. Yaxud Azərbaycanı sevən Rusiya nümayəndələrinin ətrafında tam olaraq birləşə bilərik".

Femida.az

Açar sözlər: #Rusiya   #diaspor  

Oxunub: 649