Rusiyadan Ukraynaya ərzaq qadağası


00:57     19 Noyabr 2015 42949.jpg


Rusiya hakimiyyəti Ukraynanın bu ölkəyə tətbiq etdiyi ərzaq sanksiyalarına qarşı əks addım atmaq qərarı verib.

Femida.az xəbər verir ki, bu haqda Rusiyanın İqtisadi İnkiaşf naziri Aleksey Ulyukayev açıqlama verib:


“Ukrayna Rusiyaya qarşı iqtisadi, maliyyə sanksiyalarına qoşulduğuna görə biz də ərzaq embarqosu ilə cavab vermək qərarına gəldik. Yanvar ayının 1-dən Ukraynadan gətirilən hər hansı ərzağa qadağa qoyulacaq”

Qeyd edək ki, 17 noyabrdan başlayaraq Ukrayna Rusiyaya qarşı sanksiyaların tətbiqinə başlayıb. Sanksiyaların 388 fiziki şəxsə, 105 hüquqi şəxsə qarşı tətbiq olunacaq.

Sanksiyalar 29 rus bankını, 20 aviaşirkəti, bir neçə hərbi-sənaye kompleksini, Rusiya antivirus proqramı istehsalçılarını əhatə edib.

Qeyd edək ki, 25 oktyabrda iki ölkə arasında uçuşlara qadağa qoyulmuşdu.


Açar sözlər:

Oxunub: 922