DSMF-nin 2020-ci il üçün gəlir və xərcləri - 4,8 milyard manat olacaq
17:52 22 Oktyabr 2019
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2020-ci il üçün büdcəsinin gəlir və xərcləri açıqlanıb.
Femida.az xəbər verir ki, "Sosial təminat və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2020-ci il büdcəsi haqqında" qanun layihəsində DSMF-nin gələn il üçün gəlir və xərcləri 4 825 508 800 manat səviyyəsində nəzərdə tutulub.
Qanun layihəsinə əsasən, 2020-ci ildə DSMF-nin məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaları 3 392 594 770 manat, büdcədən maliyyələşən təşkilatlar üzrə 1 238 683 400 manat, büdcədən maliyyələşən təşkilatlarda işləyənlər üzrə 168 911 370, qeyri-büdcə sektoru üzrə 1 985 000 000 manat, o cümlədən sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üzrə 80 000 000, sair gəlirlər 6 000 000 manat nəzərdə tutulub.
Sənəddə, gələn il üçün dövlət büdcəsindən ayırmalar, yəni transfertlərin proqnozu 1 426 914 030 manat götürülüb.
Fondun 2020-ci il büdcəsinin xərcləri əhaliyə ödənişlər üzrə 4 684 678 800 manat, o cümlədən əmək pensiyalarının ödənilməsi üzrə 4 570 078 800 manat, məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərə 114 600 000 manat, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə 28 000 000, hamiləliyə və doğuşa görə 34 000 000, uşağın anadan olmasına görə 14 900 000 manat, 3 yaşına çatanadək uşaqlara qulluqla əlaqədar 14 500 000 manat, dəfn üçün 23 200 000 manat, pensiya və müavinətlərin əhaliyə çatdırılması, bank əməliyyatlarının aparılması üzrə xidmət haqqı xərcləri 33 900 000 manat proqnozlaşdırılıb.
Femida.az
Oxunub: 1879
Oxşar xəbərlər
- DSMF-nin rüşvətə görə tutulan vəzifəli şəxsinə 9 il 6 ay həbs cəzası verilib
- Pensiya yaşı azaldılacaq? - DSMF sədrindən açıqlama
- DSMF sədri: "Artımdan sonra əmək pensiyasının 385 manata çatacağı proqnozlaşdırılır"
- Şəkidə DSMF-nin binasını yandırmaq istəyən şəxs saxlanılıb
- DSMF pensiyaya vaxtından əvvəl çıxmaq istəyən şəxslərə müraciət edib
- DSMF bəzi şəxslərin pensiyasının artmamasının səbəblərini açıqlayıb
- DSMF: "Əmək pensiyaları indeksləşdirilərək artırılacaq"
- DSMF: "Bütün pensiyalar noyabrın 15-də tam ödəniləcək"
- DSMF-nin aparatının və yerli orqanlarının saxlanılması xərcləri artırılır
- DSMF-nin gəlirləri 208 milyon manat artıb