Biləsuvarda maşın qaçıran şəxs saxlanılıb


20:19     22 Oktyabr 2019 masin_ogrusu_018.jpg

Biləsuvar Rayon Polis Şöbəsinə müraciət edən Muğankənd kənd sakini A.Cəfərov oktyabrın 21-də şəhər ərazisindən “VAZ-2106” markalı avtomobilinin qaçırılmasını bildirib.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Biləsuvar şəhər sakini T.Rüstəmov keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobillə birgə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Femida.az

Açar sözlər:

Oxunub: 476