Əlahiddə Ümumqoşun Orduda toplantı keçirilib - VİDEO


20:35     22 Oktyabr 2019 2019/10/e18e1-1571757207_1571759386.jpg

Əlahiddə Ümumqoşun Orduda müxtəlif kateqoriyalı hərbi qulluqçularla təlim toplantıları keçirilib. Toplantılarda müxtəlif atıcı silahlardan və tapançadan praktiki atışlar icra edilib, əl qumbaralarından atış çalışmaları yerinə yetirilib.


Azvision.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, motoatıcı bölük və taqım komandirləri ilə keçirilən toplantı zamanı taqımın döyüş atışlı taktiki təliminin planlanması, hazırlanması, keçirilməsi, təlim zamanı şəxsi heyətin və atəşin idarə edilməsi metodikası praktiki olaraq göstərilib.

Təlimdə yaranmış mürəkkəb şəraitdə döyüş tapşırığı vaxtında və dəqiq yerinə yetirilərək şərti düşmənə etibarlı atəş zərbələri endirilib.

Komandirlərin peşəkar idarəetmə, şəxsi heyətin isə yüksək səhra bacarığı təlimdə qarşıya qoyulmuş məqsədlərə nail olunmasında mühüm rol oynayıb.



Femida.az

Açar sözlər:

Oxunub: 799