Dərəyə düşən kişinin meyiti tapılıb
21:57 22 Oktyabr 2019
Qusar rayonunun Quxur kəndi ərazisində mürrəkkəb relyefli yüksək dağ massivində aparılan axtarış-əməliyyat tədbirləri başa çatıb.
Fövqəladə Hallar Nazirliyindən Femida.az-a verilən məlumata görə, 1987-ci il təvəllüdlü Sərxanov Sərxan Sahib oğlunun meyiti Şimal Regional Mərkəzinin xilasediciləri tərəfindən çətinkeçilən ərazidən çıxarılıb və aidiyyatı üzrə təhvil verilib.
Qeyd edək ki, oktyabrın 21-də Qusar rayonunun Buğur kəndi ərazisində S. Sərxanov hündürlükdən yıxılaraq dərəyə düşüb.
Femida.az
Oxunub: 437