Heyvan və quş yemlərinin satışı ƏDV-dən azad edilir


09:08     23 Oktyabr 2019 19_10_23_1571807306.jpg

Gələn il yanvarın 1-dən heyvan və quş yemlərinin satışı 4 il müddətində əlavə dəyər vergisindən (ƏDV ) azad edilir.


Femida.az -ın məlumatına görə, bu, Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərdə əksini tapıb.

Layihəyə əsasən, heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələrinin satışı üzrə dövriyyələr 2020-ci il yanvarın 1-dən 4 il müddətində ƏDV-dən azaddır.

Qanun layihəsi Milli Məclisin 12,13 və 14 noyabr tarixlərində keçiriləcək iclaslarının gündəliyinə daxil edilib.

Açar sözlər:

Oxunub: 411