Atəşkəs rejimi 22 dəfə pozulub
09:39 23 Oktyabr 2019
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub.
Femida.az Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan, Voskevan kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Fərəhli, Aşağı Əskipara kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Tağıbəyli, Mərzili, Füzuli rayonunun Qaraxanbəyli kəndləri yaxınlığında, həmçinin Goranboy və Tərtər rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.
Oxunub: 391
Oxşar xəbərlər
- Atəşkəs rejimini qəsdən pozan düşmənin artilleriya bölməsi məhv edilib
- Atəşkəs rejimi Ermənistan tərəfindən kobudcasına pozulur - RƏSMİ
- Atəşkəs 61 dəfə pozulub
- Atəşkəs 30 dəfə pozulub
- Atəşkəs pozuldu
- Atəşkəs rejimi 36 dəfə pozulub
- Atəşkəs rejimi 97 dəfə pozulub
- Atəşkəs rejimi 43 dəfə pozulub
- Atəşkəs 26 dəfə pozulub
- Atəşkəs rejimi 23 dəfə pozulub