Şəki və Şamaxıda qaz təchizatında fasilələr olacaq


09:42     23 Oktyabr 2019 19_10_23_1571809352.jpg

Oktyabrın 23-də 2019-cu ilin tədbirlər planına əsəsən Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti ilə Şərbablar küçəsinin kəsişməsində yeni çəkilmiş diametri 108 və 89 mm olan orta təzyiqli qaz xətləri mənbəyə birləşdiriləcək.

“Azəriqaz” İB-dan Femida.az-a verilən məlumata əsasən, aparılacaq işlərlə bağlı olaraq səhər saat 09:00-dan etibarən Şəki şəhərində bir qrup abonentin qaz təchizatında fasilələr olacaq.

Məlumata əsasən, Şamaxı rayonununda isə Çuxuryurd kəndini qazla təmin edən orta təzyiqli qaz xəttində təmir işləri planlaşdırılır. Bu zaman saat 10:00-dan işlər başa çatanadək rayonunun bir neçə kəndində qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq.

Açar sözlər:

Oxunub: 373