Lerikdə 7 otaqlı ev yanıb


09:42     23 Oktyabr 2019 19_10_23_1571809389.jpg

Lerik rayonunun Təngəbin kəndində ümumi sahəsi 300 m² olan ikimərtəbəli 7 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları və damına yığılan 20 ton ot bağlamasının 10 tonu yanıb.

Femida.az FHN-in saytına istinadən xəbər verir ki, evin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Açar sözlər:

Oxunub: 428