Kürdəmirdə iki yük maşını toqquşdu - Dağılan daş yolu bağladı


10:41     23 Oktyabr 2019 2019/05/das-karxana_1557902982.jpg

Kürdəmir rayonunda yol qəzası baş verib.

Femida.az-ın məlumatına görə, hadisə Bakı-Qazax yolunun 140-cı kilomtrliyində, Kürdəmir rayonunun Karrar kəndindən keçən hissəsində qeydə alınıb.

"Mersedes" markalı yük maşını Qazax istiqamətində hərəkətdə olarkən eyni istiqamətdə hərəkətdə olan "Kamaz" markalı yük maşınına dəyib. Zərbənin təsirindən "Kamaz" yoldan çıxaraq aşıb və yük yerində olan mişar daşları ətrafa dağılaraq yolu bağlayıb.

Hadisə nəticəsində hər iki yük maşınının sürücüsü, 1977-ci il təvəllüdlü Sadıqov Elnur Fizuli oğlu və 1981-ci il təvəllüdlü Əliyev Təhmasib Məhəmmədəli oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Femida.az

Açar sözlər:

Oxunub: 157