"Erməni işğalı regional təhlükəsizliyə təhdiddir" - XİN başçısı


10:34     23 Oktyabr 2019 elmarrr.jpg


"Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı regional təhlükəsizliyə təhdiddir".


Femida.az xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Qoşulmama Hərəkatı ölkələrinin xarici işlər nazirlərinin Bakıda keçirilən iclasının açılışında deyib.

XİN başçısı Ermənistan qoşunlarının təcavüzü və Azərbaycanın işğal olunmuş ərazilərindəki etnik təmizləmə nəticəsində çox sayda insanın zərər çəkdiyini, o cümlədən münaqişə nəticəsində 1 milyondan çox insanın qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü xatırladıb.

Femida.az

Açar sözlər:

Oxunub: 286