Hicablı qadını qatarın altına atdılar - İngiltərədə


22:44     18 Noyabr 2015 1624264.jpg


London metrosunda yaşlı kişi hicabda olan qadını qatara atıb.

AzVision.az “The Daily Mail”-ə istinadən xəbər verir ki, hadisə video-müşahidə kameraları vasitəsilə görüntülənib.

Məlumatda qeyd olunur ki, yaşlı kişi qatar platformaya yaxınlaşan zaman qadını itələyib. Xoşbəxtlikdən, qadın qatara çırpıldıqdan sonra zərbənin gücü nəticəsində geri qayıdıb. Hadisə nəticəsində ona yüngül xəsarət dəyib.

Hüquq mühafizə orqanı əməkdaşları qadını itələyən şəxsi saxlayıblar. Milliyətcə yapon olan 81 yaşlı kişiyə qəsdən adam öldürməyə cəhd maddəsi üzrə cinayət işi qaldırılıb.

Açar sözlər:

Oxunub: 1108