Gürcüstandan qanunsuz yolla gətirilən pirotexniki vasitələr aşkarlanıb
11:51 23 Oktyabr 2019
Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "Honda Ridgeline" markalı avtomobil ilə gələn Rusiya Federasiyası vətəndaşı Əməliyyat və Təhqiqat İdarəsinin məlumatı əsasında saxlanılıb və şifahi sorğu-sual olunub.
Dövlət Gömrük Komitəsindən Femida.az-a verilən məlumata görə, bu zaman o, idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.
Lakin gömrük baxışı zamanı avtomobilin yük hissəsində xüsusi düzəldilən gizli saxlanc yerindən ümumilikdə 5725 ədəd üzərlərində "Firewok star 16", "Firewok powerful ligth 49", "Firewoks 36", "Bang crackling" və "Big silver cracker" yazılan pirotexniki vasitələr aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Femida.az
Oxunub: 561
Oxşar xəbərlər
- Gürcüstandan iki nəfər Azərbaycan vətəndaşı deportasiya edilib
- Gürcüstandan daha 250 nəfər Azərbaycana təxliyə ediləcək
- Gürcüstandan daha 97 Azərbaycan vətəndaşı təxliyə edilir
- Gürcüstandan 178 Azərbaycan vətəndaşı təxliyə ediləcək
- Gürcüstandan Ermənistana növbəti cavab: “Xoşunuza gəlmirsə..."
- Gürcüstandan Azərbaycana 170 nəfər təxliyə edildi
- Gürcüstandan gələn avtomobillərdə siqaret və spirtli içkilər aşkarlanıb
- Gürcüstandan gələn avtomobilin yanacaq çənindən 800 ədəd pirotexniki vasitə çıxdı
- Gürcüstandan qanunsuz yolla gətirilən siqaretlər müsadirə edildi
- Gürcüstandan Azərbaycana gələn şəxsdən silah-sursat götürülüb