Məşhur müğənninin məclisində faciə: Tələbə yoldaşı faciəli şəkildə öldü + VİDEO


12:10     23 Oktyabr 2019 19_10_23_1571817883.jpg

APA TV-nin məlumatına görə gecə saat 00.00 radələrində Bakı-Qazax magistralının Muğan qəsəbəsi ərazisindən keçən hissəsində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi qeydə alınıb.


"DAF" markalı, 20 DN 720 dövlət nömrə nişanlı qoşqulu yük avtomobili (TIR) sərxoş vəziyyətdə yolu keçən piyadanı vurub. Təkərin altında qalan piyada, Bərdə sakini, 1956-cı il təvəllüdlü Qocamanov Zöhrab Böyükkişi oğlu hadisə yerində ölüb.

Qeyd edək ki, Zöhrab Qocamanov Bərdədən Hacıqabula tələbə yoldaşı olan tanınmış müğənni Kamandar İbrahimovun sənət fəaliyyətinin 45 illiyi münasibəti ilə keçirilən tədbirdə iştirak etmək üçün gəlib. Tədbirdən sonra magistralda yerləşən restoranda müğənninin şərəfinə verilən qonaqlıqdan sərxoş vəziyyətdə yola çıxan adı çəkilən şəxs yük avtomobilinin altında qalaraq həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.



Açar sözlər: #qəza_videosu   #xəbərlər  

Oxunub: 1027