FHN intihara cəhd edən şəxsi xilas edib


12:51     23 Oktyabr 2019 intihar3.jpg

Bakıda intihara cəhd olub.

Femida.az -ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumata görə, Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər ikimərtəbəli evin damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Açar sözlər:

Oxunub: 382