Yanan binadan köç başladı - FOTOLAR
18:48 20 May 2015
Ötən gün güclü yanğın baş verən binanın sakinlərinin onlar üçün ayrılmış xüsusi yerlərə köçürülməsinə başlanılıb.
Hazırda polis və FHN-nin əməkdaşlarının nəzarəti altında sakinlər evlərindən yanmamış əşyalarını daşıyırdılar.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev bu gün Binəqədi rayonunda ötən gün yanğın baş vermiş Azadlıq prospekti, 200/36 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasına baxıb, son vəziyyətlə yaxından tanış olub. Daha sonra Bakı meri Hacıbala Abutalıbov və Binəqədi icra başçısı Xaləddin İsgəndərov yanan binaya yenidən baş çəkiblər.
Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov jurnalistlərə bildirib ki, evi yanan sakinlərə yerləşmələri üçün xüsusi yerlər ayrılıb:
“Əhalinin çoxu həmin ərazilərə getmək istəmir. Paytaxtdan uzaq olduğuna görə, onlar üçün ayrılan ərazilərə getmirlər. Onlar daha çox qohumlarının evlərində qalmağa üstünlük verirlər”.
Miri Məcidli
Femida.az
Oxunub: 730
Oxşar xəbərlər
- Yanan binaya görə təqsirləndirilən şəxslərdən biri azadlığa buraxıldı
- Yanan mənzilə görə dövlət orqanlarının öhdəliyi
- Yanan yataqxana ilə bağlı prezidentə məlumat verilib
- Yanan binayla bağlı iş geri qaytarıldı - Yenidən baxılacaq
- Yanan binaya görə tutulanlara bəraət istənildi
- Yanan bina ilə bağlı məhkəmə istintaqı yekunlaşdı
- Yanan binayla bağlı şahid ifadə verdi
- Yanan bina ilə bağlı məhkəmə olub
- Yanan `Sədərək`dən son xəbər - (Yenilənib) FOTOLAR
- Yanan binaya görə tutulanların məhkəməsi olub