Yük maşınında 39 nəfərin meyiti tapılıb - İngiltərədə


13:08     23 Oktyabr 2019 19_10_23_1571821764.jpg


İngiltərənin Essex bölgəsində yük maşınında 39 nəfərin meyiti aşkarlanıb.


Femida.az-ın NTV-yə istinadən verdiyi xəbərə görə, onlardan biri azyaşlıdır.

Yük maşınının Bolqarıstandan İngiltərəyə gəldiyi iddia edilir. Meyiti tapılan şəxslərin miqrant olduğu bildirilir.

Polis faktla bağlı 25 yaşlı Şimali İrlandiya vətəndaşını şübhəli şəxs qismində saxlayıb.

Femida.az

Açar sözlər: #İngiltərə  

Oxunub: 646