“Suriyadakı hərbi əməliyyatlar dayandırılıb” - Çavuşoğlu


13:22     23 Oktyabr 2019 2016-01-21-cavusoglu-suudi-koalisyonunda-muharip-guc-olusmayacak.jpg


Türkiyə Suriyadakı hərbi əməliyyatları dayandırıb.

Femida.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

XİN rəhbəri bununla belə hər şeyin bitmədiyini, ordunun lazım gələcəyi təqdirdə terrorçulara zərbə endirməyə hazır olduğunu bildirib.

Qeyd edək ki, dünən Soçidə prezidentlər Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında altı saatlıq danışıqlar olub, ardınca isə anlaşma memorandumu qəbul edilib.

Prezidentlər Suriyanın birliyinə və ərazi bütövlüyünə, Türkiyənin milli təhlükəsizliyinin təmininə sadiq qaldıqlarını, Adan sazişini dəstəklədiklərini bəyan ediblər.

Femida.az

Açar sözlər:

Oxunub: 334


Oxşar xəbərlər