Gələn il parlament seçkilərinin keçirilməsi üçün 51 milyon manat ayrılacaq


13:30     23 Oktyabr 2019 Milli-meclis-1.jpg


Azərbaycanda gələn il Milli Məclisə seçkilərin keçirilməsi üçün ayrılacaq vəsaitin məbləği müəyyənləşib.


Femida.az-ın məlumatına görə, Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin zərfində qeyd edilib ki, Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin keçirilməsi üçün Mərkəzi Seçki Komissiyasına 51 milyon 385 min 874 manat vəsait ayrılacaq.

Qeyd edək ki, 2020-ci il dövlət büdcəsinin zərfinə daxil olan qanun layihələri Milli Məclisin noyabrın 12-i, 13-ü və 14-də keçiriləcək plenar iclaslarında müzakirəyə çıxarılacaq.

Femida.az

Açar sözlər: #parlament  

Oxunub: 1515