İsmayıllıda avtomobil aşıb, yaralılar var


14:02     23 Oktyabr 2019 qeza_yeni.jpg

İsmayıllıda baş verən yol qəzasında iki nəfər xəsarət alıb.

Femida.az-ın xəbərinə görə, hadisə Qaraməryəm-İsmayıllı yolunun Quşencə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Rayonun Kürdmaşı kənd sakini, 1994-cü il təvəllüdlü Məcidov Tərlan Müqabil oğlu idarə etdiyi "Lada Priora" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirərək aşırıb. Hadisə zamanı sürücü Tərlan Məcidov və sərnişini olan həmkəndlisi, 1993-cü il təvəllüdlü Ağayev Əhməd Mübariz oğlu ağır bədən xəsarətləri ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Reanimasiya şöbəsinə yerləşdirilən T.Məcidov hazırda koma vəziyyətindədir.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 438