Bakıda mağazadan 8 min manatlıq oğurluq olub


14:14     23 Oktyabr 2019 ogurluq.jpg

Bakıda mağazadan oğurluq olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, oktyabrın 22-də Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini N.Şəmirov cari il sentyabrın 4-dən 25-dək olan müddətdə işlədiyi mağazadan 8000 manatının oğurlanmasını bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsindən oğurluğu törətməkdə şübhəli bilinən Yevlax rayon sakini T.Ağazadə polis əməkdaşları tərəfindən saxlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 341