AZAL endirim kampaniyasına start verib - QİYMƏTLƏR
14:42 23 Oktyabr 2019
"Azərbaycan Hava Yolları" (AZAL) “Payız endirimləri” çərçivəsində aviabiletlərə endirim kampaniyasını elan edib.
AZAL-dan Femida.az- verilən məlumata görə, 2019-cu il 23-31 oktyabr tarixləri aralığında aviabiletlərin uçuşdan 72 saat öncə alındığı təqdirdə ekonom-sinif üzrə qiymətlər aşağıdakı kimi olacaq (qiymətlər Bakıya və geri istiqamətdə gediş-dönüş olmaqla göstərilib):
• Küveyt – 159 avro
• Antalya – 169 avro
• İstanbul – 179 avro
• Dubay – 179 avro
• Almatı – 189 avro
• Ankara – 189 avro
• Tel-Əviv – 229 avro
• Berlin – 269 avro
• Milan – 289 avro
• Paris – 299 avro
• Ciddə – 309 avro
• London – 389 avro
• Nyu-York – 439 avro
Qiymətlər bütün vergi və yığımlar nəzərə alınmaqla göstərilib.
Aviabiletlərin dəyərinə 23 kq-dək baqajın, həmçinin 10 kq-dək əl yükünün (55*40*23 sm-dək ölçüdə) daşınması daxildir. Endirimli qiymətlərlə təqdim edilən aviabiletlərin sayı məhduddur.
Uçuşlar 2019-cu il 1 noyabr – 7 dekabr tarixləri aralığında həyata keçiriləcək. Endirimlə əldə olunmuş biletlər geri qaytarılmır və dəyişdirilmir. Reys çərçivəsində “AZAL Miles” bonus proqramından istifadə etmək mümkündür. Aviabiletləri www.azal.az saytında, AZAL-ın kassalarında və şirkətin rəsmi agentliklərində əldə etmək olar.
Femida.az
Oxunub: 523
Oxşar xəbərlər
- AZAL Bakı-London aviareysinin sərnişinlərinə müraciət edib
- AZAL Naxçıvandan Gəncəyə uçuşlara başlayır
- AZAL: "Bakı-Moskva reysləri bərpa edilmir"
- AZAL və törəmə şirkəti ötən 2 ayda 220 minə yaxın sərnişin daşıyıb
- AZAL Rumıniyaya təyyarə göndərib
- AZAL Bakı-Moskva reysində uçuş marşrutunu dəyişib
- AZAL Naxçıvana bilet almaq istəyənlərə xəbərdarlıq edib
- AZAL Almatıya reyslərini ləğv edir
- AZAL Moskvanın daha bir beynəlxalq hava limanına uçuşlar yerinə yetirəcək
- AZAL-ın Naxçıvana Ermənistan üzərindən uçması büdcə yükünü azaldacaq