Şəmkirdə itkin düşən 25 yaşlı qadın Bakıda tapıldı - FOTO


15:15     23 Oktyabr 2019 19_10_23_1571829091.jpg

Şəmkirdə itkin düşən iki uşaq anası tapılıb.

Femida.az oxu.az-a istinadən xəbər verir ki, bu gün səhər saatlarında Bakının "Şamaxinka" adlanan ərazisində gənc qadın Rüstəmova Şövqiyə Əjdər qızına yaxınlaşaraq ondan kömək istəyib.

Məlum olub ki, kömək istəyən qadın – Şəmkir rayonu Sabirkənd kənd sakini, 1994-cü il təvəllüdlü Tanrıverdiyeva Gülnar Qafqaz qızıdır.

Ş.Rüstəmova qadınla bağlı polisə müraciət edib.

G.Tanrıverdiyevanın qardaşı Alırzayev Ceyhun Qafqaz oğlu Oxu.Az-a bildirib ki, hazırda bacısını aparmaq üçün Bakıya gəlir.

Qeyd edək ki, G.Tanrıverdiyeva oktyabrın 17-də günorta saatlarında evdən çıxıb və bir daha geri qayıtmayıb. Bununla bağlı onun yaxınları polisə müraciət edib.

G.Tanrıverdiyeva iki uşaq anasıdır. Qadın əsəb xəstəliyindən əziyyət çəkdiyindən Bakıda və Şəmkir rayonunda dəfələrlə müalicə alıb.

Açar sözlər:

Oxunub: 394