İqtisadiyyat Nazirliyinin tabeliyində 3 dövlət xidməti olacaq
15:19 23 Oktyabr 2019
İqtisadiyyat Nazirliyinin Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla təsdiq olunmuş yeni strukturuna əsasən, nazirliyin tərkibində 2 yeni dövlət xidməti yaradılıb.
Femida.az xəbər verir ki, bunlar qurumun tabeliyinə verilmiş Əmlak Məsələləri Dövlət Komitəsinin bazasında yaradılan Əmlak Məsələləri Dövlət Xidməti və Vergilər Nazirliyinin bazasında yaradılan Dövlət Vergi Xidmətidir.
Bundan başqa, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti də İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərəcək. Beləliklə, nazirliyin tabeliyində 3 dövlət xidməti olacaq.
Bundan başqa, qurumun strukturuna əvvəlki qaydada onun aparatı, regional bölmələri, Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin aparatları daxildir.
Oxunub: 706
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"