39 miqrantın ölümü Baş naziri şoka salıb


15:33     23 Oktyabr 2019 19_10_23_1571829712.jpg

Böyük Britaniyanın Baş naziri Boris Conson 39 miqrantın cəsədinin tapılması ilə bağlı məsələyə münasibət bildirib.
Femida.az xəbər verir ki, Baş nazir "Tvitter" səhifəsində Essexdəki hadisədən şoka düşdüyünü yazıb və həlak olanların yaxınlarına başsağlığı verib.

"Essexdə baş verən bu faciəli hadisədən şoka düşmüşəm. Hadisənin dəqiq səbəbini öyrənmək üçün Daxili İşlər Nazirliyindən mütəmadi olaraq məlumat alıram. Həmçinin, Essex polisi ilə sıx əlaqə saxlayıram. Bütün ölənlərin yaxınlarına dərin hüznlə başsağlığı verirəm”.

Xatırladaq ki, Britaniyanın Essex qəsəbəsində Bolqarıstandan gəldiyi iddia edilən yük maşınının içərisində 39 nəfərin meyiti tapılıb. Hadisə ilə əlaqədar Şimali İrlandiyanın 25 yaşlı sakini saxlanılıb.

Açar sözlər:

Oxunub: 418