Ramiz Mehdiyevə Təhlükəsizlik Şurasında vəzifə verildi


16:19     23 Oktyabr 2019 19_10_23_1571833634.jpg

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyul tarixli 779 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının tərkibi”ndə dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb.

Femida.az xəbər verir ki, sərəncamda deyilir:

"Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyul tarixli 779 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının tərkibi”nə “Azərbaycan Respublikasının daxili işlər naziri;” sözlərindən sonra “Ramiz Ənvər oğlu Mehdiyev;” sözləri əlavə edilsin".

Femida.az

Açar sözlər: #prezident   #sərəncam   #Ramiz_Mehdiyev   #Təhlükəsizlik   #Şurası  

Oxunub: 587