MSK sədrinə yeni müavin seçildi
16:25 23 Oktyabr 2019
Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü təyin edilən Rövzət Qasımov MSK sədrinin müavini seçilib.
Femida.az xəbər verir ki, qərar MSK-nın bu gün keçirilən iclasında qəbul olunub.
İclasda Rövzət Qasımovun MSK sədrinin müavini seçilməsi təklif olunub. Müzakirələrdən sonra təklif komissiyanın yekdil qərarı ilə qəbul edilib.
Xatırladaq ki, R.Qasımov 21 ildir MSK-da çalışır. 1998-2011-ci illərdə Beynəlxalq əlaqələr şöbəsinin, 2011-ci ildən isə MSK Katibliyinin müdiri olub. Onun MSK-nın beynəlxalq əlaqələrinin qurulmasında müstəsna xidmətləri var.
Femida.az
Oxunub: 566
Oxşar xəbərlər
- Hesablama Palatası MSK-da pozuntular aşkarlayıb
- Gürcüstanda seçici fəallığı 33,18% olub - MSK
- Gürcüstan MSK-nın sədri istefa verdi
- Ermənistan MSK Köçəryan və Sərkisyanın müraciətini rədd edib
- MSK-ya sədr, sədr müavini seçilib
- Bu gün MSK-nın iclası keçiriləcək, sədr məlum olacaq
- MSK-nın yeni tərkibinin üzvlüyünə namizədlər - SİYAHI
- MSK-nın tərkibi yenidən formalaşdırılır
- MSK-ya ayrılan vəsaitin həcmi və təyinatı məlum olub
- MSK-ya yeni sədr seçildi - Naxçıvanda