AMEA prezidenti vəzifəsinə Ramiz Mehdiyevin namizədliyi irəli sürüldü


17:10     23 Oktyabr 2019 ramiz545.jpg

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağı keçirilir.

Femida.az xəbər verir ki, tədbirdə AMEA-nın həqiqi və müxbir üzvləri, akademiyanın institut və təşkilatlarının direktorları iştirak edirlər.

Yığıncaqda AMEA-nın prezidenti vəzifəsindən istefa verən Akif Əlizadə çıxış edib. O, AMEA-nın prezidentliyinə akademik Ramiz Mehdiyevin namizədliyini irəli sürüb və ona səs verilməsinə çağırış edib.
Daha sonra Ramiz Mehdiyev, AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli, Tarix İstitutunun direktoru Yaqub Mahmudov çıxış ediblər.

Hazırda iclas davam edir. Yekunda AMEA-nın yeni prezidentinin kimliyi məlum olacaq.

Qeyd edək ki, 85 yaşlı akademik Akif Əlizadə ərizə yazaraq AMEA prezidenti vəzifəsindən istefa verib.

Açar sözlər:

Oxunub: 476