Babək prospektində rənglənmə işləri aparılacaq


19:38     23 Oktyabr 2019 19_10_23_1571836486.jpg


Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün saat 23:00-dan səhər saatlarınadək Babək prospektində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.


“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Femida.az-a verilən məlumata görə, bu üzdən sürücülərdən sözügedən küçə və yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Femida.az

Açar sözlər: #Babək   #prospekt  

Oxunub: 467