İlham Əliyev Ramiz Mehdiyevin yeni vəzifəsini təsdiq etdi - Sərəncam


17:16     23 Oktyabr 2019 ramiz%20m.jpg


Prezident İlham Əliyev R.Ə.Mehdiyevin Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsinə təsdiq edilməsi haqqında sərəncam imzalayıb.


Femida.az xəbər verir ki, sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 dekabr tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsi"nin 9.2-ci bəndinə uyğun olaraq qərara alıram:

Azərbaycan Milli Elmlər Akademiyasının ümumi yığıncağında Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti seçilmiş Ramiz Ənvər oğlu Mehdiyev bu vəzifəyə təsdiq edilsin.

Femida.az

Açar sözlər:

Oxunub: 1586