Yol qəzasında yaralanan gənc xəstəxanada öldü


19:52     23 Oktyabr 2019 19_10_23_1571836840.jpg


İsmayıllı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.


Sputnik Azərbaycan Femida.az-a istinadla xəbər verir ki, Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı yolunun Quşencə kəndi ərazisindən keçən hissəsində "Priora" markalı avtomobil idarəetməıdən çıxaraq aşıb.

Hadisə nəticəsində 2 nəfər xəsarət alıb. Yaralılar İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Onlardan biri rayonun Kürdmaşı kənd sakini,1993-cü il təvəllüdlü Ağayev Əhməd Mübariz oğlu ağır bədən xəsarətləri aldığı üçün həkimlərin səyinə baxmayaraq dünyasını dəyişib. Digər yaralı Tərlan Məcidovun vəziyyəti isə ağır olaraq qalır.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər: #qəza  

Oxunub: 425