Goranboyda sərnişin avtobusuna hücum olub


18:30     23 Oktyabr 2019 2019/10/das_yeni_1571837113.jpg

Goranboy rayonu ərazisində sərnişin avtobusuna hücum olub.


Hadisə Goranboy rayonunun Nadirkənd kəndi yaxınlığında baş verib. Belə ki, naməlum şəxslər Gəncə-Bakı marşrutu ilə hərəkət edən avtobusa daş ataraq, şüşələrini sındırıblar. Hadisə nəticəsində yaralananlar var. Onlardan biri - 2000-ci il təvəllüdlü, Gəncə şəhər sakini Nağıyev Teymur Daşqın oğluna Goranboy rayon Təcili Tibbi Yardım briqadası tərəfindən yerində tibbi yardım göstərilib.

Digər sərnişinlər isə müayinə olunublar. Onların arasında azyaşlıların da olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 459