Gəncədə odun doğrayan kişi balta ilə ayağını kəsib


20:17     23 Oktyabr 2019 19_10_23_1571847451.jpg

Gəncədə bədbəxt hadisə baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Gülçülük adlanan ərazisində qeydə alınıb. Belə ki, şəhər sakini Müzəffər Allahverdiyev odun doğrayan zaman ehtiyatsızlıq edərək, balta ilə ayağını kəsib. M.Allahverdiyev xəstəxanaya yerləşdilib.

Onun yarası tikilib, vəziyyətinin orta ağır olduğu bildirlir.

Açar sözlər:

Oxunub: 423