Əhməd Bilalovla bağlı ABŞ-dan - Açıqlama


20:24     23 Oktyabr 2019 19_10_23_1571847906.jpg

ABŞ-ın Miqrasiya və Gömrük polisinin nümayəndəsi Temmi Spayser Rusiya Olimpiya Komitəsinin keçmiş vitse-prezidenti Əhməd Bilalovun saxlanılması ilə bağlı açıqlama yayıb.

Femida.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-da qanunsuz yaşayan Bilalov Floridadakı evində hüquq-mühafizə və miqrasiya orqanlarının əməkdaşları tərəfindən tutulub. ABŞ-da 2 may 2016-cı il tarixindən yaşayan Bilalov miqrant statusu almayıb və ölkəyə buraxılma şərtlərini pozub.

Hazırda ROK-un eks-vitse-prezidenti ABŞ miqrasiya və gömrük polisinin nəzarətindədir və onun deportasiyasına hazırlaşırlar.

Açar sözlər:

Oxunub: 412