Şamaxıda avtomobil aşıb, 4 nəfər xəsarət alıb


20:56     23 Oktyabr 2019 19_10_23_1571849142.jpg

Bakı-Şamaxı yolunda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 19:00 radələrində yolun rayonun Sabir kəndi ərazisində qeydə alınıb. Belə ki, “Mercedes” markalı 10 UD 945 dövlət nömrə nişanlı minik avtomobilinin yoldan çıxaraq aşması nəticəsində 4 nəfər xəsarət alıb. Yaralılar Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.


Açar sözlər:

Oxunub: 172