Başına dəmir parçası düşən Ağstafa sakini xəsarət alıb


21:22     23 Oktyabr 2019 19_10_23_1571849829.jpg

Ağstafa sakini ehtiyatsızlıqdan başından xəsarət alıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Soyuqbulaq kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1985-ci il təvəllüdlü Süleymanov Elşən Bəxtiyar oğlu təsərrüfat işləri görən zaman başına dəmir parçası düşüb. Başından xəsarət alan E.Süleymanov xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Açar sözlər:

Oxunub: 508