Rusiya Suriyada beynəlxalq nəzarət altında təhlükəsiz zonanın yaradılmasına qarşı çıxıb


21:33     23 Oktyabr 2019 19_10_23_1571850328.jpg

Rusiya Suriyanın şimal-şərqində beynəlxalq nəzarət altında təhlükəsiz zonanın yaradılmasına ehtiyac duymur.

Femida.az -ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Xarici İşlər nazirinin müavini Sergey Verşinin bildirib.

“Soçidə əldə edilən razılaşmanın Suriyanın şimal-şərqindəki problemin həllinə imkan verəcəyinə inanırıq. Beynəlxalq nəzarət altında isə təhlükəsiz zonanın yaradılmasına ehtiyac görmürük”, - deyə S. Verşinin qeyd edib.

Xatırladaq ki, Almaniya Müdafiə Nazirliyi Suriyanın şimal-şərqində Rusiya və Türkiyənin də iştirakı ilə beynəlxalq nəzarətin olduğu təhlükəsiz zonasının yaradılmasını təklif edib. ABŞ və NATO sözügedən təklifə müsbət yanaşdıqlarını bəyan edib.

Açar sözlər:

Oxunub: 373