Sumqayıt və Qazaxda qaz olmayacaq
09:53 24 Oktyabr 2019
Oktyabrın 24-də səhər saat 09:00-dan etibarən “Qaz İxrac” İdarəsi “Qaradağ-Sumqayıt” magistral qaz kəmərinin 45-ci km-də aşkar olunmuş qaz sızmasının ləğvi işlərini həyata keçirəcək.
“Azəriqaz” İB-dən Femida.az-a verilən məlumata görə, bu zaman Sumqayıt şəhərində məcburi köçkünlər üçün inşa olunmuş yaşayış qəsəbəsində qaz təminatında fasilələr olacaq. Bundan başqa bir sıra yenidənqurma işlərinin icrası ilə bağlı Qazax rayonunun bir neçə yaşayış məntəqəsində də gün ərzində qaz təchizatında müvəqqəti dayandırmalar gözlənilir.
Femida.az
Oxunub: 359
Oxşar xəbərlər
- Sumqayıtda zavoda fəhlə hündürlükdən yıxılaraq ölüb, cinayət işi açılıb
- Sumqayıtda tanışını bıçaqlayaraq öldürən şəxs həbs olunub
- Sumqayıt sakini bıçaqlanaraq öldürülüb
- Sumqayıtda sabiq polis əməkdaşı intihar edib
- Sumqayıtda qumbara tapılıb
- Sumqayıtda və Lənkəranda avtomobil piyadaları vuraraq öldürüb
- Sumqayıtda tanışını qətlə yetirən şəxsin ibtidai istintaqı başa çatıb
- Sumqayıtda gənc oğlan itkin düşüb
- Sumqayıtda gənc qızın qətli ilə bağlı cinayət işi başlanılıb
- Sumqayıtda avtomobil yanıb