Bakıda sahibkar baş həkimi döydü
10:27 24 Oktyabr 2019
Bakıda iranlı həkim döyülüb.
Hadisə paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb. İran vətəndaşı, 1969-cu il təvəllüdlü Kazemi Behnam Əli oğlu Yasamal rayon Polis Şöbəsinə müraciət edərək ötən gün həkim işlədiyi “Starmed” klinikasında Bakı şəhər sakini 1945-ci il təvəllüdlü Xəlil Musayev tərəfindən döyüldüyünü bildirib.
Behnam Kazemi qeyd edib ki, o, "Starmed" klinikasının baş həkimi və cərrahıdır. Onu döyən isə klinikanın yerləşdiyi binanın sahibidir:
"Bizim aramızda baş verən mübahisəyə onun heç bir əsas gətirmədən məni binadan çıxarması səbəb oldu. Mən icarə pulunu ödəmişəm. Lakin buna baxmayaraq o, bütün avadanlıqlarımı binadan çölə atıb. Bu azmış kimi bir də məni döyüb".
B.Kazemi hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verdiyi qeyd edib. / APA
Femida.az
Oxunub: 1816
Oxşar xəbərlər
- İntihar edən həkimin qonşuları elə şeylər danışdılar ki...- Gizli səs yazıları
- İntihar edən həkimin əri görün kim imiş -Şok detallar
- Ginekoloq özünü binadan niyə atıb? - “Əri içib, ona şəkil atıb ki..." - Həkimlər nələr danışdı?
- Tanınmış həkimin anası vəfat etdi - “Qətl olduğunu düşünürük”
- Gələn aydan hansı həkimlərin maaşlarının artırılacağı məlum olub - SİYAHI
- Bakıda həkimi şantaj edən baş redaktora hökm oxunub
- Məhkəmə rüşvətə görə tutulan həkimlə bağlı qərar elan edib
- Bakıda dispanserdə həkimin otağından oğurluq edilib
- Azərbaycanın Əməkdar həkimi vəfat edib
- Nazirlik xaricdə təhsil alan həkimlərin aksiyasına münasibət bildirib