Teymur Rəcəbov Azərbaycan millisinin heyətində yer almayacaq
10:35 24 Oktyabr 2019
Kişi şahmatçılardan ibarət Azərbaycan millisinin heyətində dəyişiklik edilib.
Oktyabrın 24-dən noyabrın 2-dək Gürcüstanın Batumi şəhərində keçiriləcək komandalararası Avropa çempionatında ölkəmiz əsas heyətlə mübarizə aparmayacaq.
Buna Teymur Rəcəbovun yığmadan kənar qalması səbəb olub. Dünya Kubokunu qazanmaqla, İddiaçıların Turnirinə vəsiqə əldə edən qrossmeyster Avropa çempionatını azarkeş kimi izləyəcək. Onu əvəzləməli olan Nicat Abbasov da yorğunluq səbəbindən Batumiyə aparılmayıb. Nəticədə Şəhriyar Məmmədyarov, Arkadi Naydiç, Rauf Məmmədov və Qədir Hüseynova komandanın kapitanı Eltac Səfərli qoşulub.
Qadınların Avropa çempionatında isə Azərbaycanı Günay Məmmədzadə, Xanım Balacayeva, Gülnar Məmmədova və Ülviyyə Fətəliyeva və Türkan Məmmədyarova təmsil edəcəklər.
Hər iki komandaya kapitanlığı Fikrət Sideyfzadə edəcək.
Qeyd edək ki, 2 il öncə kişilərdən ibarət Azərbaycan yığması Avropa çempionatında birinci olub. Yunanıstanda baş tutan son analoji yarışda Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Arkadi Naydiç, Rauf Məmmədov və Qədir Hüseynov ölkəmizə qitə birinciliyinin 3-cü qızıl medalını qazandırıb.
Femida.az
Oxunub: 416
Oxşar xəbərlər
- Şəhid Pəncəli Teymurovun atası vəfat etdi
- Teymur Rəcəbov İddiaçılar Turnirini qələbə ilə başa vurub
- Prezident İlham Əliyev akademik Teymur Bünyadovun vəfatı ilə bağlı nekroloq imzalayıb
- Yeni səhiyyə naziri Teymur Musayev kimdir? - Dosye
- Teymur Musayev səhiyyə naziri təyin edilib
- Teymur Rəcəbov Çempionlar Turunda Aronyana qalib gəlib
- Teymur Rəcəbov bu gün dünya çempionu ilə qarşılaşacaq
- Səhiyyə nazirini əvəz edən Teymur Musayev kimdir?
- MEDİA Teymur Əhmədovun vəfatı ilə əlaqədar nekroloq yayıb
- Teymur Əhmədov koronadan vəfat etdi