Dövlət qulluğuna müsahibələrin vaxtı müəyyənləşib
10:43 24 Oktyabr 2019
Sentyabrın 17-də elan edilmiş ümumi müsahibələrin keçirilmə qrafiki müəyyən edilib.
Dövlət İmtahan Mərkəzindən Femida.az-a verilən məlumata görə, elan üzrə 7 dövlət orqanında mövcud olan 84 vakant vəzifə üzrə 93 yer ümumi müsahibəyə çıxarılıb. Elana çıxarılan vəzifələr üzrə 158 müsahibənin keçirilməsi planlaşdırılır. Müsabiqə vəziyyətinin yüksək müşahidə olunduğu vəzifələr Qida Təhlükəsizliyi Agentliyi, Aparat, Qida zəncirinə nəzarət və regional bölmələrlə iş şöbəsi, Regional bölmələr və tabeli qurumlarla iş sektoru böyük məsləhətçi (1 vakant yer üzrə 19 namizəd) və Qida Təhlükəsizliyi Agentliyi, Aparat, İnformasiya təminatı və innovativ həllər şöbəsi, İctimaiyyətlə əlaqələr sektoru böyük məsləhətçi (1 vakant yer üzrə 14 namizəd) vəzifələri olub.
Müsahibələrin 30 oktyabr – 13 dekabr tarixlərində keçirilməsi planlaşdırılır. Müsahibədə iştirak üçün qeydiyyatdan keçmiş namizədlər müsahibə vaxtı və yeri haqqında daha ətraflı məlumatı buradan əldə edə bilər.
Müsahibələrin təşkili və keçirilməsi üçün Dövlət İmtahan Mərkəzi və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Mərkəz namizədlərin nəzərinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar Mərkəzin məlumat bazasında qeydiyyata alınır. Seçilmiş vəzifədən imtina etmək üçün müsahibələrin keçirilmə qrafikində öz adınızı seçib, açılan müraciət formasında "İMTİNA" düyməsini sıxmaq lazımdır.
Namizədlərdən müsahibə vaxtından ən azı 30 dəqiqə əvvəl müsahibələrin keçiriləcəyi binaya yaxınlaşmaları xahiş olunur.
Femida.az
Oxunub: 401
Oxşar xəbərlər
- DİM bu gün Bakıda dövlət qulluğuna test imtahanı keçirəcək
- Dövlət qulluğuna qəbul qaydalarında dəyişiklik edilib
- Dövlət qulluğu imtahanına qeydiyyat başlayıb
- Dövlət qulluğuna müraciət edən 422 namizədə "yox" deyilib
- Bu şəxslər dövlət qulluğuna sınaq olmadan qəbul ediləcək
- Rezidentura, dövlət qulluğu və doktoranturaya qəbul imtahanları keçirilib
- Bu gün rezidentura, dövlət qulluğu və doktoranturaya qəbul imtahanları keçiriləcək
- Dövlət qulluğuna test imtahanı başa çatıb
- 1300-dən çox şəxs dövlət qulluğuna imtahan verdi
- Dövlət qulluğunda işləmək istəyənlərin NƏZƏRİNƏ!