Maduro Bakıya gəlir


10:59     24 Oktyabr 2019 19_10_24_1571900210.jpg


Venesuela prezidenti Nikolas Maduro Qoşulmama Hərəkatının sammitində iştirak etmək üçün Bakıya səfərə yola düşüb.

Venesuela lideri səfərdən əvvəl jurnalistlərə açıqlama verib.
"Mən Qoşulmama Hərəkatının Azərbaycanda keçiriləcək sammitində iştirak etmək üçün bu ölkəyə yola düşürəm. Venesuela üç il müddətində sədrliyi dövründə öz öhdəliklərini yerinə yetirib”, - deyə o, bildirib.

Maduro, həmçinin Bakıda ölkəsinin Qoşulmama Hərəkatına sədrliyi müddətində əldə edilmiş nailiyyətləri təqdim edəcəyini vurğulayıb.

Qeyd edək ki, 25-26 oktyabr tarixlərində Bakıda Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının növbəti sammiti keçiriləcək. / azvision

Femida.az

Açar sözlər: #Maduro  

Oxunub: 392