Fransa yenə bomba həyəcanı yaşadı


01:22     19 Noyabr 2015 383438.jpg

ABŞ-dan Fransaya reyslər həyata keçirən "Air France" aviaşirkətinə məxsus iki təyyarə hava gəmisinin içərisində bomba olması barədə anonim zəngə görə təcili olaraq başqa aeroportlara yönəldilib.


AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, ABŞ hakimiyyət orqanlarının yaydığı xəbərə görə Vaşınqtondan Parisə uçan təyyarələrdən biri təcili istiqamətini dəyişdirərək, Kanadanın Qalifaks şəhərində eniş edib.

Los-Ancelesdən Parisə uçan digər təyyarə də elə həmin vaxtda Solt-Leyk-Sitidə yerə enib.

Bildirilir ki, hər iki halda enmə normal keçib və bütün sərnişinlər təyyarəni tərk ediblər. Təyyarələrdə aparılan axtarışların nəticələri hələlik məlum deyil.

Açar sözlər:

Oxunub: 665