Cocuq Mərcanlı sakinlərinə gübrə paylanılacaq


12:17     24 Oktyabr 2019 2019/10/seyyar_gubre_091019_02_1570625413.jpg

Bu gün Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrolizinq” ASC və “Moran Agro” MMC Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin sakinlərinə 13,6 ton mineral gübrə paylayacaq.


Bu barədə Femida.az-a qurumdan bildirilib.

Xatırladaq ki, sonuncu dəfə bu kəndin sakinlərinə mineral gübrə bu ilin mart ayında çatdırılmışdı. Həmin vaxt 782 vətəndaşa 40 ton gübrə çatmışdı.

Ümumiyyətlə, səhmdar cəmiyyəti bu il iki mərhələdə rayon mərkəzindən uzaqda yerləşən kəndlərdə mövsümi mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışını həyata keçirib. İlk dəfə fevral-may aylarında baş tutmuş səyyar satışlardan 257 kəndin 1 643 sakini yararlanıb və1 099 ton mineral gübrə alıb. Sentyabr-oktyabr aylarında isə növbəti səyyar satışlara start verilib və 338 kəndin 3 505 sakininə 1 991 ton mineral gübrə satılıb.

Hazırda bölgələrdə səyyar gübrə satışı davam edir. Vətəndaşlar yalnız tələb olunan sənədləri təqdim etməklə 70% güzəştdən yararlanaraq mineral gübrəni əldə edə bilərlər. Səyyar xidmət zamanı səyyar bank terminalları da fəaliyyət göstərir ki, ödənişlər üçün vətəndaşın banklara müraciət etməsinə ehtiyac yaranmasın.

Femida.az

Açar sözlər:

Oxunub: 499