Rusiya Ermənistana etiraz notası göndərəcək


12:28     24 Oktyabr 2019 2019/10/1_91571900564_1571905809.jpg

Rusiyanın ORSIS şirkətinin iştirak etdiyi silah tədarükü üzrə tenderi pozduğuna görə Moskva Yerevana etiraz notası göndərəcək. Nota Ermənistanın müdafiə naziri David Tonoyana ünvanlanıb.


Agentliyin məlumatına görə, 2019-ci il 22 oktyabr tarixli etiraz notasında deyilir ki, Rusiyanın ORSIS firmasının müraciəti heç bir əsas olmadan rədd edilib və erməni tərəfi onu bu iş üçün uyğun olmayan tədarükçülər siyahısına daxil edib. Sənəddə müdafiə naziri Tonoyanın məsələni araşdırması tələb olunur.

Qeyd olunur ki, hazırda etiraz notası Rusiya Xarici İşlər Nazirliyindədir və yaxın vaxtlarda diplomatik kanallar vasitəsilə Ermənistana göndəriləcək. Agentlik yazır ki, çoxmilyonluq silah tədarükü üzrə tender bu ilin yayında keçirilməli idi. Ermənistan Müdafiə Nazirliyi Rusiya şirkətinin tenderdə iştirakla bağlı müraciətini ləğv edib və bunu ORSIS-in bank təminatını ödəmədiyi ilə əsaslandırıb. Rusiyanın İstintaq Komitəsində bununla bağlı cinayət işi qaldırılıb.

Ermənistan Müdafiə Nazirliyində ORSIS şirkəti ilə bağlı bu qalmaqalı şərh etməkdən imtina ediblər.

Femida.az

Açar sözlər:

Oxunub: 364